Xorvatiyanın ədliyyə naziri Azərbaycana gəlib

Xorvatiyanın ədliyyə naziri Azərbaycana gəlib
# 19 may 2014 14:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniç nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Orsat Milyeniç Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.

Tədbirdən sonra Azərbaycan və Xorvatiya Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR