Azərbaycan Beynəlxalq Bankı VİP-müştərilərə İstanbulda kreditlə ev təklif edir

Azərbaycan Beynəlxalq Bankı VİP-müştərilərə İstanbulda kreditlə ev təklif edir
# 07 noyabr 2013 10:25 (UTC +04:00)

Bakı. Nail Hüseynov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Türkiyənin «Akbank» və «Viatrans-Meydanbey» şirkəti ilə birlikdə yeni layihənin icrasına başlayır. «APA-Economics»in xəbər verdiyi kimi, layihə çərçivəsində ABB özünün VİP-müştərilərinə yeni kredit məhsulu təqdim edir.

Belə ki, Bankın müştəriləri İstanbulun Məcidiyyəköy rayonunda «Quasar Istanbul» elit yaşayış mərkəzində mənzil ala bilər. Qeyd edək ki, «Quasar İstanbul» kompleksi 257 mənzil, 58 ofis, 4 kafe, 17 mağaza və 4 300 kv. metrlik ictimai sahəyə malik olacaq. «Quasar Residencies», «Fairmont Quasar Istanbul», «Fairmont Quasar Residencies» və «Fairmont Offices»dən ibarət bu kompleksin hər biri 47 mərtəbə (7 mərtəbəsi yerin altında) olan iki binası həmçinin 5 789 kv. metrlik terras bağçaları, damda və aşağı mərtəbədə iki hovuz, bütün mərtəbələrdə 150 kv. metrlik bağça, spiralvari şərab zirzəmisi, lift və depozit seyfləri ilə təchiz edilmiş otağa birbaşa çıxış və digər özəlliklərə malikdir. Kompleksin inşası 2015-ci ilin sonuncu rübündə başa çatacaq.

Layihənin təqdimatında bildirilib ki, kompleksdə mənzillərin 1 kv. metrin qiyməti 6 600 ABŞ dollarından, ofislərin 1 kv. metrinin qiyməti isə 5 000 dollardan başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR