«Nar Mobile»ın Naxçıvanda Müştəri Xidməti Mərkəzi açılıb - FOTO

«Nar Mobile»ın Naxçıvanda Müştəri Xidməti Mərkəzi açılıb - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 12:16 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilərin rahatlığını təmin etmək məqsədilə mərkəz və diler şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində Naxçıvan şəhərində yeni Müştəri Xidməti Mərkəzini açıb.

«APA-Economics»ə verilən məlumata görə, açılış mərasimi zamanı abunəçilərlə görüşən «Nar Mobile»ın satış üzrə baş müdiri Leyla Nəsrullayeva satış məntəqələrində xidmətlərin yaxşılaşdırılması sahəsində şirkətin apardığı fəaliyyətdən söz açıb.

Qeyd edək ki, yeni Müştəri Xidməti Mərkəzi şəhərin Təbriz küçəsi,1 ünvanında yerləşir və artıq bu gündən xidmət göstərməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR