İstanbulda etirazçılarla polis arasında toqquşmalar davam edir

İstanbulda etirazçılarla polis arasında toqquşmalar davam edir
# 07 iyun 2013 02:24 (UTC +04:00)

APA-nın “CNNTürk”ə istinadən verdiyi xəbərə görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağı istifadə edib. Bir qrup etirazçı İsmət Paşa prospektində barrikadalar qurub, nəticədə nəqliyyatın hərəkəti dayandırılıb. Etirazçılar “Hər yer Taksim, hər yerdə müqavimət” şüarı səsləndirib.

Etirazçılar avtomobil təkərləri yandırıb, polisə yanan fişəng və sapan vasitəsilə daş atıb. Buna cavab olaraq, polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnağı istifadə edib. Polislə aksiya iştirakçıları arasında qarşıdurma davam edir.

Xatırladaq ki, ötən gün baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hökumət iğtişaşlara səbəb olmuş Taksim meydanındakı Gəzinti parkının rekonstruksiyası planını həyata keçirməkdə israrlıdır.

Tunisdə çıxışı zamanı Ərdoğan bəyan edib ki, hökumət əleyhinə yönəlmiş iğtişaşları ekstremistlər təşkil edir.

Baş nazir Şimali Afrika ölkələrinə turnesini dayandıraraq, Türkiyəyə dönüb.

Türk mətbuatının məlumatına görə, İstanbul aeroportunda Ərdoğanı minlərlə tərəfdarları qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR