Səhiyyə Nazirliyinin 3 ay ərzində keçirdiyi qanvermə aksiyalarında 3 mindən çox vətəndaş iştirak edib

Səhiyyə Nazirliyinin 3 ay ərzində keçirdiyi qanvermə aksiyalarında 3 mindən çox vətəndaş iştirak edib
# 17 sentyabr 2013 10:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyul-sentyabr ayları ərzində respublika üzrə könüllü qanvermə aksiyaları keçirilir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 1-dən 26-dək Tovuz MRX-da 100 nəfər, Göygöl MRX-da 203 nəfər, Xaçmaz MRX-da 114 nəfər, 26 saylı ŞKX-da 41 nəfər, Goranboy MRX-da 160 nəfər, Samux MRX-da 122 nəfər, Naftalan MŞX-da 145 nəfər, Gəncə Şəhər Səhiyyə İdarəsində 92 nəfər, Daşkəsən MRX-da 92 nəfər, Gədəbəy MRX-da 174 nəfər, Şirvan MŞX-da isə 104 nəfər könüllü olaraq qan verib.

Avqustun 3-dən 28-dək Şəki MRX-da 110 nəfər, Qəbələ MRX-da 176 nəfər, Qax MRX-da 70 nəfər, İsmayıllı MRX-da 47 nəfər, Göyçay MRX-da 150 nəfər, Balakən MRX-da 57 nəfər, Quba MRX-da 124 nəfər, Qusar MRX-da 142 nəfər, Xızı MRX-da isə 131 nəfər könüllü olaraq qan verib. Sentyabrın 2-dən 12-dək isə Kliniki Tibbi Mərkəzdə 61 nəfər, Neftçala MRX-da 178 nəfər, Saatlı MRX-da 159 nəfər, Sabirabad MRX-da 183 nəfər, Ucar MRX-da isə 133 nəfər könüllü olaraq qanvermə aksiyasında iştirak edib.

Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR