Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib
# 06 iyul 2013 21:38 (UTC +04:00)

Bakı-APA. Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib, daha bir nəfər isə dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, intihar məqsədi ilə özünü dənizə (“Bakı-mərkəz” sularda xilasetmə məntəqəsinin ərazisində) atmış 1 nəfər, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonunda, dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR