Azərbaycanda yük və sərnişindaşımadan əldə olunan gəlirlər artıb

Azərbaycanda yük və sərnişindaşımadan əldə olunan gəlirlər artıb
# 17 may 2014 08:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin birinci rübündə “İpək Yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsi ilə 13,9 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4% az yük, 74,9 mln. nəfər və ya 7,9% çox sərnişin daşınıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, daşınmış yüklərin 50,4%-i avtomobil, 32,9%-i dəmir yolu, 16,7%-i dəniz nəqliyyatının payına düşüb. Avtomobil nəqliyyatı vasitəsilə daşınmış yüklərdə 5,8% artım qeydə alınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,4%-ni və ya 3,1 mln. tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 119,8 mln. manat, sərnişin daşınmasından isə 26,1 mln. manat gəlir əldə olunub ki, bu da müvafiq olaraq 3,8% və 12,9% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR