Azərbaycan əsgəri vəfat edib

Azərbaycan əsgəri vəfat edib
# 02 mart 2015 10:00 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.

Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.

Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR