Irəvanda nümayişçilər tələblərini siyasi müstəviyə keçirmək niyyətindədir

Irəvanda nümayişçilər tələblərini siyasi müstəviyə keçirmək niyyətindədir
# 06 iyul 2015 19:17 (UTC +04:00)

Bakı-APA. İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı çıxış edən nümayişçilər tələblərini siyasi müstəviyə keçirmək niyyətindədir.

APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, fəallardan biri Qaqik Yeqiazaryan Azadlıq meydanında keçirilən aksiyada gəncləri siyasi şüarlar altında birləşməyə çağırıb.

“Mübarizəmiz yeni mərhələyə qədəm qoyub. Biz bu mərhələnin vəzifələrini müəyyənləşdirməliyik. Yaranan vəziyyəti iqtisadi müstəvidə nizamlamaq artıq mümkün deyil, hərəkat siyasi müstəviyə keçməlidir”, deyə Q. Yeqiazaryan bildirib.

Digər fəal Narek Ayvazyan isə yeni qruplar yaratmaqla gələcək hərəkətlər və strategiya barədə müzakirələr aparmağı təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR