Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Qeyd edilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsi yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə şərait yarada bilər.
Ceyhun Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji əhəmiyyətli bölgə olduğunu vurğulayıb. Zəngəzur dəhlizi və bu çərçivədə həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Bildirilib ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru nəqliyyat əlaqəsinin təmin olunmasına, eləcə də dəmir yolu xətti vasitəsilə Türkiyə ilə bağlantısının gücləndirilməsinə imkan yaradacaq. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin artması üçün yeni imkanlar açacağı qeyd olunub.
Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqət mərkəzində olub. Elektrik enerjisinin Türkiyəyə ixracı və daha geniş bazarlara çıxarılması imkanları vurğulanıb.
Kənd təsərrüfatının inkişafı, istehsalın artırılması, fermerlərə dövlət dəstəyinin göstərilməsi və subsidiyaların verilməsi istiqamətində görülən işlərdən də bəhs olunub. Bununla yanaşı, Naxçıvanın turizm potensialının reallaşdırılması, turizm sənayesinin inkişafı, metallurgiya sahəsində yeni istehsal imkanlarının yaradılması məsələləri müzakirə edilib. Sahibkarlara tətbiq olunan 10 illik vergi güzəştləri, investisiya mühitinin yaxşılaşdırılması və regionun gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Sunniya Durrani-Camal nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunaraq, Asiya İnkişaf Bankının onların maliyyələşdirilməsi üçün təqdim etdiyi imkanlar, o cümlədən güzəştli kreditlərin rolu barədə danışıb. Səfərin əhəmiyyətini vurğulayan bankın Azərbaycan üzrə direktoru Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib.
Görüşdə qarşıdakı illərdə Asiya İnkişaf Bankının iştirakı ilə həyata keçirilə biləcək layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Maliyyə
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb
Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsinə rəyi təsdiqləyib
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!
Xəbər Lenti
Fransada məhbusların sayı rekord həddə çatıb
Qətərin nümayəndə heyəti ABŞ-la razılaşmanı müzakirə etmək üçün İrana yola düşüb
Vens ABŞ və İran arasında danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
SEPAH iki ABŞ PUA-sının ələ keçirildiyini, birinin isə vurulduğunu açıqlayıb
Tramp: İranla danışıqlar aparırıq, lakin Tehran prosesi uzatmağa çalışır
Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB
Zelenski: Rusiya Ukraynaya yeni kütləvi raket hücumu hazırlayır
Netanyahu geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib
Tramp növbəti dəfə hücumlara başlayarsa, İran Avropadakı ABŞ bazalarına zərbə endirəcək
İran ABŞ-la intensiv danışıqlar apardığını təsdiqləyib
Britaniya daimi yaşayış icazəsi almaq istəyən miqrantlar üçün qaydaları sərtləşdirir
Göygöldə evdən kişi meyiti tapılıb
Beyrutda pirotexniki vasitələrin olduğu anbarda güclü partlayış olub
Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinə yeni təyinat olub
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
Husilər Səudiyyə Ərəbistanının Dammam hava limanını dronlarla hədəf alıb
Tramp: İranı hələ də məhv etməməyimizin yeganə səbəbi təmkinli davranmaq istəməyimdir
Bakıda Qırğız Respublikasının müstəqilliyinin 35 illiyi qeyd olunub - FOTO
Polşanın BMT-dəki daimi nümayəndəsi ölkədəki siyasi böhran fonunda istefa verib
Polşa təxribat təhlükəsi səbəbindən Kalininqradla sərhəddə xüsusi əməliyyata başlayıb
Konstitusiya Məhkəməsi cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərlə bağlı qərar qəbul edib
Hövsan-Türkan yolunda təmirə görə 3 marşrutun hərəkət sxemi dəyişdiriləcək
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb
Pezeşkian: Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib
Səbail İcra Hakimiyyətinin başçısı rayonun ağsaqqalları və ziyalıları ilə görüş keçirib - FOTO
İranda ilk "Can fəda" briqadası təşkil olunub
“Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar və digər şəxs həbs olunub
Rusiyada miqrantların deportasiya olunmasına səbəb olacaq inzibati xətaların siyahısı ikiqat artırılıb
Putin Mohsen Rezayi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
SEPAH: Doqquz gün ərzində Hörmüz boğazında qayda pozan 11 neft tankeri yanıb
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
Bomba təhdidinə görə London–Sofiya reysi ilə uçan təyyarə Budapeştə yönləndirilib
Husilər Yəməndə tibb mərkəzinə raket zərbəsi endirib, ölənlər var
DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib
Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
İrakli Qaribaşvilinin məhkəməsi başlayıb, proses qapalı keçiriləcək - YENİLƏNİB
“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə
Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
Tbilisidə "Vağzal meydanı" ərazisində yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO
“Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
Fransada məktəblilərin etirazları bərpa olunub, 41 məktəbdə blokada qeydə alınıb - VİDEO
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirib
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb