Bank Of Baku

AMB: Əhalinin həddindən artıq borclanmasını müşahidə etmirik

AMB: Əhalinin həddindən artıq borclanmasını müşahidə etmirik
# 29 oktyabr 2026 12:01 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı əhalinin borclanma səviyyəsində kəskin artım və həddindən artıq borclanma halları müşahidə etmir.

“APA-Economics” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank əhalinin borclanma səviyyəsini mütəmadi qiymətləndirir və müvafiq təhlillər aparır.

Taleh Kazımov istehlak kreditləşməsində artımın olduğunu qeyd edib. Bununla belə, o, artımın əsasən daha aşağı riskli borcalanlar hesabına formalaşdığını və bunu daha keyfiyyətli borclanma kimi qiymətləndirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR