Bank Of Baku

AMB ilə Slovakiya Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb

AMB ilə Slovakiya Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb
# 19 oktyabr 2026 16:56 (UTC +04:00)

Slovakiya Milli Bankı və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.

"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Slovakiya Milli Bankının sədri Peter Kazimir ilə rəhbərlik etdiyimiz qurumlar arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzaladıq.

Memorandum çərçivəsində Pul siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları, həmçinin bank, sığorta və kapital bazarlarının tənzimlənməsi və onlara nəzarət sahələrində əməkdaşlıq inkişaf etdiriləcək, mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadilələri təşviq olunacaq", - paylaşımda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR