Paşha Bank
Bank Of Baku

AMB: Vaxtı keçmiş kreditlərin artımı sistem xarakterli risk yaratmır

AMB: Vaxtı keçmiş kreditlərin artımı sistem xarakterli risk yaratmır
# 15 oktyabr 2026 11:47 (UTC +04:00)

Azərbaycanda bank sektorunda vaxtı keçmiş kreditlərin həcmində müəyyən artım müşahidə olunsa da, bu, sistem xarakterli risk kimi qiymətləndirilmir.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatı zamanı Baş direktor Şahin Mahmudzadə bildirilib.

Qeyd olunub ki, bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı təxminən 3% təşkil edir. Bu göstərici həm tarixi minimuma yaxındır, həm də beynəlxalq müqayisədə aşağı qiymətləndirilir.

Bildirilib ki, vaxtı keçmiş kreditlərin məbləğində artım müşahidə olunsa da, bu artım bütün bankları əhatə etmir və ayrı-ayrı banklarda qeydə alınır.

Eyni zamanda, bankların mümkün kredit itkilərini qarşılamaq üçün formalaşdırdığı ehtiyatların kifayət qədər yüksək olduğu vurğulanıb.

Mərkəzi Bank bankların kredit portfellərindəki riskləri və həmin risklərin qarşılanması üçün ehtiyatların adekvatlığını izləməyə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR