“Azərsu” yanan binanın sakinlərinin içməli su və göstərilən kanalizasiya xidmətlərinin borclarını silib - VİDEO

“Azərsu” yanan binanın sakinlərinin içməli su və göstərilən kanalizasiya xidmətlərinin borclarını silib - <span style="color: red;">VİDEO
# 22 may 2015 09:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsindən zərər çəkmiş sakinlərin istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin borclarını silib.

Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

O bildirib ki, zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları “Azərsu” ASC-nin hesabına ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR