Teymur Məmmədov: “Rəqibim zəif deyildi”

Teymur Məmmədov: “Rəqibim zəif deyildi”
# 24 iyun 2015 20:29 (UTC +04:00)

Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin boksçusu Teymur Məmmədov deyib.

I Avropa Oyunlarında 81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinal görüşündə rusiyalı Pavel Silyaginə qalib gələrək, adını finala yazdırıb.

Məmmədov qeyd edib ki, finalda qarşılaşacağı italiyalı rəqibi Valentino Manfredonia ilə bu vaxta qədər döyüşməyib: “Mən bundan qabaq da demişəm ki, qızıl medala layiqəm. Rusiyanın Tomsk şəhərində yaşayan əmimə söz vermişəm ki, finala keçsəm, ona salam göndərəcəm. Əmimi çox istəyirəm. O ki qaldı finala, rəqibimi tanımıram. Onunla əvvəllər döyüşməmişəm. Ancaq döyüş taktikasını izləmişəm. İnşallah, yaxşı olacaq”.

Qeyd edək ki, Məmmədovun Manfredonia ilə həlledici qarşılaşması sabah saat 19:00-da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR