Yazıçı-publisist Çingiz Abdullayev “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Yazıçı-publisist Çingiz Abdullayev “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - <span style="color: red;">FOTO
# 15 fevral 2013 13:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist Çingiz Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyətilə tanış olub.

APA-nın məlumatına görə, qonağı salamlayan Dövlət Agentliyin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. İnam Kərimov bildirib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Yaradılmış şəraiti yüksək qiymətləndirən görkəmli yazıçı Çingiz Abdullayev “ASAN xidmət” mərkəzinin fəaliyyətindən və çevikliyindən, əməkdaşların peşəkar yanaşmasından məmnun qaldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR