Bakıda 28 yaşlı oğlan əmisini döyüb

Bakıda 28 yaşlı oğlan əmisini döyüb
# 02 iyul 2015 13:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda xuliqanlıq hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pivəzavod küçəsi ev 28 A-nın qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Məhərrəm Arif oğlu Salmanov xuliqanlıq zəminində əmisi, 1964-cü il təvəllüdlü Zakir Əziz oğlu Salmanovu döyüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR