Əli Əhmədov: “Əvvəlki seçkilərdə digər partiyaların iştirakı nadir hal sayılırdısa, bu dəfə 8 siyasi partiya iştirak edib”

Əli Əhmədov: “Əvvəlki seçkilərdə digər partiyaların iştirakı nadir hal sayılırdısa, bu dəfə 8 siyasi partiya iştirak edib”
# 23 dekabr 2014 18:17 (UTC +04:00)

APA – nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.

O qeyd edib ki, ilkin məlumatlara görə, YAP-ın namizədləri 60 faizdən çox səs toplayıblar və bu da partiyanın təbliğat təşviqat kampaniyasında yüksək formada iştirakından irəli gəlir.

Ə.Əhmədovun sözlərinə görə, əvvəlki seçkilərə nisbətən bu seçkilərdə qadın namizədlərin sayında da xeyli artım oldu: “Bələdiyyələrin tərkibində qadınların sayı 29 faizə qədər, gənclərin sayı isə 24 faizə qədər çoxalıb. Bu ildə də gənclər və qadınların sayının artmasına xüsusi diqqət verdik, namizədləri seçərkən bu məqam nəzərə alındı. Ona görə də bu seçkilərin nəticələrində daha çox qadınların və gənclərin mandat alacağına inanırıq. İnanıram ki, bu seçki kampaniyasında əldə etdiyimiz uğurlar 5 il əvvəl əldə etdiklərimizdən yüksək olacaq. Partiya olaraq sevinirik ki, yeni bir seçki kampaniyası uğurla başa çatdırılıb. Bu bizim nailiyyətlərimizdən biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR