Rusiyanın Saratov şəhərində baş verən yol qəzasında 2 Azərbaycan vətəndaşı yaralanıb

Rusiyanın Saratov şəhərində baş verən yol qəzasında 2 Azərbaycan vətəndaşı yaralanıb
# 11 noyabr 2014 10:31 (UTC +04:00)

Bakı – APA. Noyabrın 10-da Rusiyanın Saratov şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın “Versiya-Saratov” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 17.58-də Krasnıy Oktyabr qəsəbəsi yaxınlığında iki minik avtomobili toqquşub. Nəticədə 4 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Onlardan 2-si Azərbaycan vətəndaşıdır. Lakin agentlik həmin şəxslərin adlarını yazmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR