Şamaxıda “Mercedes” yol kənarındakı ağaca çırpılıb, sürücü xəsarət alıb

Şamaxıda “Mercedes” yol kənarındakı ağaca çırpılıb, sürücü xəsarət alıb
# 03 mart 2013 04:36 (UTC +04:00)

Bakı-APA. Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Mədrəsə qəsəbəsində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə, sürücü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR