Qaxda yanğın olub

Qaxda yanğın olub
# 29 iyul 2014 23:16 (UTC +04:00)

Bakı – APA. Qaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Alatəmir kəndində (rayon mərkəzindən 25 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1 ha sahədə biçilmiş taxıl sahəsi, meşə ərazisində 0.5 ha sahədə kol-kos və ağaclar yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR