İranda narkotik qaçaqmalçısı edam edilib

İranda narkotik qaçaqmalçısı edam edilib
# 15 fevral 2013 21:58 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Əhvaz vilayətinin Karun şəhərində 1 nəfər edam edilib. APA-nın məlumatına görə, 38 yaşlı Səbah Lubami narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Milliyyətcə ərəb olan məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qərar dünən səhər saatlarında Karunun həbsxanasında icra edilib.

Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR