Elmar Məmmədyarov Banqladeş səfirini Azərbaycanda diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Banqladeş səfirini Azərbaycanda diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib
# 19 mart 2015 15:57 (UTC +04:00)

Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanı Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Banqladeş arasında əlaqələrin inkişafı barəsində fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov səfir Zulfiqur Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR