Gəncədə yol-nəqliyyat qəzası baş verib, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat qəzası baş verib, xəsarət alanlar var
# 22 iyul 2016 13:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin qala qapılarının yanında qeydə alınıb. Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Röyal Quliyev idarə etdiyi “VAZ 2106” ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dərəyə düşüb. Qəza zamanı sürücü və sərnişin, 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Sevinc Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR