Azərbaycanın 13 bankı filiallarının sayını artırıb

Azərbaycanın 13 bankı filiallarının sayını artırıb
# 30 sentyabr 2014 13:12 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin I rübü ilə müqayisədə II rübdə Azərbaycanda fəaliyyət göstərən 44 bankdan (“Kövsər Bank” fəaliyyətini yeni bərpa edib) 13-ü filiallarının sayını artırıb, 26 bankda filialların sayı olduğu kimi qalıb, 1 bank filiallarının sayını azaldıb və 3 bank bununla bağlı açıqlama verməyib.

APA-Economics” 40 bankın təqdim etdiyi məlumatlara əsasən, hesabat dövrü üzrə bank filiallarının sayına görə müvafiq renkinq tərtib edib.

Bu ilin ilk üç ayı ilə müqayisədə növbəti üç ayda yalnız “Bank Technique”da azalma qeydə alınıb. Belə ki, adıçəkilən bank son üç ay ərzində 3 filialını bağlayaraq filiallarının sayını 29-a endirib. Bankdan azalmanı optimallaşdırma siyasəti ilə əlaqələndiriblər.

Son üç ayda 13 bankda filialların sayında artım baş verib. Hesabat dövrünə qədər ən çox filial açan “Kapital bank” birinci yerdə qərarlaşıb. Qeyd olunan bank aprel-iyun ayları ərzində 7 filial açıb. İkinci yerdə olan “Muganbank”ın isə hesabat dövründə 5 filialı müştərilərə xidmət göstərməyə başlayıb. II rübdə 4 filial açan “Amrahbank” siyahıda 3-cü yerdədir. (Ətraflı bax Cədvəl 1)

Cədvəl 1

Banklar

II rüb ərzində açılan filialların sayı

II rübə filialların sayı

1

Kapital Bank

7

100

2

MuğanBank

5

38

3

Amrahbank

4

23

4

Unibank

2

38

5

RabitəBank

2

24

6

Gəncəbank

2

5

7

Dəmirbank

1

33

8

Xalq Bank

1

25

9

Bank Nikoil

1

19

10

TuranBank

1

13

11

DekaBank

1

7

12

Bank VTB (Azərbaycan)

1

6

13

Bank Silk Vey

1

6

2014-cü ilin ilk iki rübü arasındakı göstəricilərə nəzər saldıqda məlum olur ki, 26 bankda filialların sayı dəyişməyib. (Ətraflı bax cədvəl 2)

Cədvəl 2

Artım olmayan bankların siyahısı

Filialların sayı

1

AccessBank

42

2

Zaminbank

38

3

Azərbaycan Beynəlxalq Bankı

35

4

Bank Respublika

32

5

AtaBank

25

6

Bank of Baku

24

7

AGBank

18

8

Kredobank

16

9

Exspressbank

16

10

Parabank

16

11

AFB Bank

14

12

Bank Standard

13

13

Atrabank

13

14

YapıKredi Bank Azərbaycan

13

15

Bank BTB

10

16

Yunayted Kredit Bank

6

17

Azər-Türk Bank

4

18

Qafqaz İnkişaf Bankı

3

19

Naxçıvanbank

1

20

Bank Avrasiya

1

21

Günay Bank

1

22

Pakistan Milli Bankı Bakı Filialı

0

23

Bank Melli İran

0

24

PAŞA Bank

0

25

Evrobank

0

26

Azərbaycan Kredit Bankı

0

Aşağıda göstərilən 3 bank isə ümumiyyətlə filiallarla bağlı məlumatları açıqlamayıb. (Ətraflı bax Cədvəl 3)

Cədvəl 3

Məlumatları açıqlamayan bankların siyahısı

1

Bank of Azerbaijan

2

Azərbaycan Sənaye Bankı

3

NBC Bank

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR