Fransa prezidenti 60 illiyini qeyd edir

Fransa prezidenti 60 illiyini qeyd edir
# 11 avqust 2014 23:46 (UTC +04:00)

Bakı-APA. Avqustun 12-də Fransa prezidenti Fransua Ollandın 60 yaşı tamam olur.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Olland doğum gününü məzuniyyətdə olarkən qarşılayacaq.

Avqustun 10-da Fransa prezidenti ölkənin cənub-şərqinə üz tutub. Onun dəqiq harada olduğu gizli saxlanılır.

Məlumatlara görə, Olland doğum gününü övladları ilə birgə qeyd edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR