Bakıda evdən xeyli miqdarda pul və qızıl oğurlayan şəxs həbs edilib

 Bakıda evdən xeyli miqdarda pul və qızıl oğurlayan şəxs həbs edilib
# 29 sentyabr 2015 08:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, sentyabrın 24-dən 27-dək olan müddətdə Yeni Yasamalda yaşayan Həzi Məmmədovun evindən 4000 manat, 1000 ABŞ dollar və 5000 manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR