Səhiyyə Nazirliyi: Binada baş verən yanğın nəticəsində xəsarət alanlardan daha 2-si evə buraxılıb

Səhiyyə Nazirliyi: Binada baş verən yanğın nəticəsində xəsarət alanlardan daha 2-si evə buraxılıb
# 26 may 2015 09:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Binəqədi rayonunda binada baş verən yanğın nəticəsində xəsarət alanlardan daha 2-si evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında deyib ki, onlar Nərminə Həsənova və onun 2 yaşlı oğlu Murad Həsənovdur . L.Bayramova qeyd edib ki, hazırda Klinik tibbi Mərkəzin Toksikologiya şöbəsində xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2-si uşaq, 5-i qadın, 1-i isə kişidir. Onların da vəziyyəti stabildir və müalicələri başa çatandan sonra evə buraxılacaqlar.

Hadisə nəticəsində xəsarət alan və 6 saylı şəhər xəstəxanasında müalicə olunan 2 şəxsin isə 1-i bir neçə gün öncə evə buraxılıb, digəri isə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.

Hazırda yanğın nəticəsində xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR