İran parlamentinin sədri 11 həmkarına təbrik məktubu ünvanlayıb

İran parlamentinin sədri 11 həmkarına təbrik məktubu ünvanlayıb
# 19 mart 2013 10:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran parlamentinin sədri Əli Laricani Novruz Bayramı münasibətilə 11 ölkənin parlament sədrinə təbrik məktubu ünvanlayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, onların arasında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Hindistan və Pakistanla yanaşı, Gürcüstan və Ermənistanın da adı var. Bundan başqa, İraq prezidentinə və Şimali İraqdakı kürd administrasiyasına da ayrıca təbrik məktubları ünvanlanıb.

Məktubda qeyd edilib ki, Novruz bayramı tarix boyunca bölgə xalqları arasında sülh, dostluq və qardaşlıq simvolu olub: “Bu bayram İslam dini ilə inteqrasiya olunaraq inkişaf edib və dünyanın mədəni və ictimai coğrafiyasının böyük bir sahəsində böyük bir dəyişməyə vəsilə olub”. Dünya xalqlarının qarşı-qarşıya olduğu böyük problemlərə diqqət çəkən Ə.Laricani davamlı iş birliyi ilə əməkdaşlığı inkişaf etdirməyin mümkün olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR