Bu ilin ilk üç ayında Bakıda baş verən yol qəzalarında 80 nəfər ölüb

Bu ilin ilk üç ayında Bakıda baş verən yol qəzalarında 80 nəfər ölüb
# 23 aprel 2013 12:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Cari ilin ilk üç ayında paytaxtda baş verən yol qəzalarında 80 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhəri ərazisində 221 Yol Nəqliyyat Hadisəsi (YNH) qeydə alınıb, bunların nəticəsində 80 nəfər həlak olub, 211 nəfər yaralanıb.

2012-ci ilin I rübü ilə müqayisədə YNH-in və həlak olanların sayı uyğun olaraq 9 fakt (4,2%) və 37 nəfər (86%) artıb, yaralananların sayı isə 26 nəfər (11%) azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR