SOCAR: Beynəlxalq Bankdan götürülən 1,86 mlrd. manatlıq kreditin ilk tranşı yaxın günlərdə alınacaq

SOCAR: Beynəlxalq Bankdan götürülən 1,86 mlrd. manatlıq kreditin ilk tranşı yaxın günlərdə alınacaq
# 15 oktyabr 2015 08:24 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Vitse-prezidentin sözlərinə görə, bu vəsaitin 1 mlrd. 260 mln. manatı Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yenidən qurulmasına, 600 mln. manatı isə "Bulla", "Günəşli" yataqlarında neft-qaz quyularının qazılması üçün istifadə olunacaq. "Birinci tranşın əldə olunması üçün tələb olunan sənədləşmələr yekunlaşmaq üzrədir. Birinci tranşdan qazma işlərinə 200 milyon manat yönələcək. Bundan başqa, Neft Emalı zavodunun rekonstruksiyası üçün 50-60 milyon manat xərclənəcək", - deyə S. Qasımov qeyd edib.

S. Qasımov əlavə edib ki, bununla bağlı artıq Nazirlər Kabinetinin sərəncamı var, Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verib.

Onun sözlərinə görə, kredit 10 illik müddətə güzəştli şərtlərlə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR