DİN Sumqayıtda üç piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə məlumat yayıb

DİN Sumqayıtda üç piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə məlumat yayıb
# 17 sentyabr 2015 09:01 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub. Nəticədə S. Məlikov, F. İsmayılov və L. Məmmədov hadisə yerində ölüb, N.Babayev və N.Kazımova isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR