Bidzina İvanişvili: “Saakaşvilinin hakimiyyəti “Heyvanıstan”ı xatırladırdı”

Bidzina İvanişvili: “Saakaşvilinin hakimiyyəti “Heyvanıstan”ı xatırladırdı”
# 17 dekabr 2014 10:00 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. “Mixail Saakaşvilinin hakimiyyəti Corc Oruellin “1984” və “Heyvanıstan” romanlarını xatırladırdı”. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Gürcüstan İctimai Televiziyasında 21 dekabr tarixində efirə gedəcək “Əlvida, silah” verilişində bildirib.

Sabiq baş nazir siyasi rəqibi olan M. Saakaşvilinin siyasətinin Corc Oruellin “1984” romanı ilə üst-üstə düşdüyünü deyib: “Tez-tez sitatları xatırlayırdım. Həmçinin “Heyvanıstan” – hər iki roman uyğun gəlirdi. Yadıma gəlir, Saakaşvili prezident olanda mən tez-tez bu bənzətmələri tapırdım və hətta bir dəfə həyat yoldaşım məndən xahiş etdi ki, Saakaşviliyə “Heyvanıstan” romanını aparım. Yeri gəlmişkən, bu, doğru çıxdı. Bədbəxtlikdən, Mark Tvenin “Məni necə qubernator seçdilər” əsəri də bizim bugünkü siyasətimizə uyğun gəlir. Mən indi Nitsşenin tənqidi ədəbiyyatını, fəaliyyətini oxuyuram. Onun insan haqqında yazdığı bir çox fikirlə razı deyiləm”.

Milyarder-siyasətçi kimi tanınan B. İvanişvili əlavə edib ki, özü də yaxın gələcəkdə kitab yazmağı düşünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR