Azərbaycanla Avstriya əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığı nəzərdən keçirib - FOTO

Azərbaycanla Avstriya əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığı nəzərdən keçirib - <span style="color: red;">FOTO
# 23 fevral 2015 14:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovla Avstriya səfiri Aksel Vex arasında tanışlıq görüşü olub.

İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə S. Müslümov Azərbaycanın Avstriya ilə ikitərəfli münasibətlərinin inkişafından bəhs edərək, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini, son illərdə artıq əmək və sosial müdafiə sahəsində də əlaqələrin aktiv xarakter aldığını diqqətə çatdırıb.

S. Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avstriya Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində iki nazirlik arasında fəal əməkdaşlıq həyata keçirildiyini, bu əməkdaşlığın əmək və məşğulluq, sosial təminat sahələrində qanunvericiliyin, həmçinin tibbi-sosial reabilitasiya və əmək bazarının tələblərinə uyğun peşə tədrisi sistemlərinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının və əlillik siyasətinin inkişafı və digər sahələri əhatə etdiyini bildirib.

Nazir Tvinninq layihəsinin Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacağını bildirib: “Bu layihənin məqsədi ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarına sosial xidmətlərin təşkili işinin təkmilləşdirilməsinə, onların sosial inteqrasiyasına dəstək verməkdir. Cari ilin may-iyun aylarında icrasına başlanacaq bu layihə qeyd olunan sahədə qabaqcıl Avstriya təcrübəsindən istifadəyə imkan verəcək”.

A. Vex iki ölkə arasında münasibətlərin əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə şərait yaratmasından məmnunluq ifadə edib. Səfir ölkəsi ilə Azərbaycan arasında bütün istiqamətlərdə əməkdaşlığın güclənməsinə, habelə əmək və sosial müdafiə məsələləri üzrə əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün daim səylər göstərəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR