Paşha Bank
Bank Of Baku

Azərbaycanda kartlarla aylıq nağdsız ödənişlər 9 mlrd. manata yaxınlaşıb

Azərbaycanda kartlarla aylıq nağdsız ödənişlər 9 mlrd. manata yaxınlaşıb
# 27 oktyabr 2026 11:58 (UTC +04:00)

2026-cı ilin sentyabr ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, bu məbləğin 7 milyard 755 milyon manatı elektron ticarət vasitəsilə aparılan əməliyyatların payına düşüb.

POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 1 milyard 220 milyon manat, bankomat və özünəxidmət terminalları vasitəsilə isə təxminən 2 milyon manat olub.

Elektron ticarət sentyabrda ölkədaxili kartlarla nağdsız ödənişlərin həcminin təxminən 86,4%-ni təşkil edib.

Ümumilikdə, yanvar–sentyabr aylarında kartlarla ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrünə nisbətən 11,7% artıb. Bu dövrdə nağdsız əməliyyatların ölkədaxili kart əməliyyatlarının ümumi həcmində payı 69,7% olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR