Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı 3324 nəfərə çatıb

Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı 3324 nəfərə çatıb
# 12 noyabr 2014 14:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1578-nə 22 821 nəfər öz namizədliyini irəli sürüb. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

Namizədliyini verənlərin 16 205 nəfəri kişi, 6 616 nəfəri qadındır. İndiyədək 18 453 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 8 283 imza vərəqi namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Ümumilikdə 8 781 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb, 406 nəfərin namizədliyini təşəbbüs qrupları verib, 13 624 nəfərin namizədliyi isə partiyalar tərəfindən irəli sürülüb. Bu günə qədər 3 324 nəfərin namizədliyi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR