Türkiyə Azərbaycanda istehsal edilən minaya davamlı nəqliyyat vasitələri ilə maraqlanır

 Türkiyə Azərbaycanda istehsal edilən minaya davamlı nəqliyyat vasitələri ilə maraqlanır
# 20 aprel 2013 14:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Azərbaycanda istehsal edilən minaya qarşı qorumalı nəqliyyat vasitələri ilə maraqlanmağa başlayıb. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycana səfər edən Türkiyə heyəti tərəfi Müdafiə Sənayesi Nazirliyinin CAR-ın Paramount Group şirkəti ilə birgə istehsal etdiyi “Matador” və “Marauder” tipli maşınların imkanları ilə tanış olub. Hər iki zirehli personal daşıyıcının manevr qabiliyyəti, minaya qarşı qoruması və ballistik müdafiəsi yüksək qiymətləndirilib.

Türkiyə tərəfinin hazırda bu layihədə iştirakla bağlı məsələyə baxdığı bildirilib.

Məlumatlara görə, BMC şirkəti tərəfindən Türkiyə ordusu üçün «Kirpi» adlı minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalı və çatdırılmasında problemlər yaşandığından hökumət Silahlı Qüvvələrin təchizatı üçün digər variantları nəzərdən keçirir.

Qeyd edək ki, Azərbaycan MSN “Paramount Group” şirkəti ilə “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalına 2009-cu ildə başlayıb. Layihə çərçivəsində ümumilikdə 110 ədəd nəqliyyat vasitəsinin istehsalı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR