Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib - FOTOSESSİYA - VİDEO

Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2015 21:39 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. "Mercedes" markalı avtomaşın "Şəfa" stadionunun qarşısında yolu keçmək istəyən və hələlik kimliyi müəyyən edilməyən piyadanı vurub. Zərbənin təsirindən piyada olduğu yerdən 30 metr kənara düşüb və oradaca keçinib. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və yol patrul xidmətinin əməkdaşları gəliblər. Olay yerinin müayinəsi zamanı məlum olub ki, kimliyi müəyyən edilməyən şəxs "Şəfa" stadionun yanındakı piyada keçidindən istifadə etməkdən vaz keçib.

Qeyd edək ki, qəzadan sonra Heydər Əliyev prospektində sıxlıq yaranıb. Hadisə yerinə əlavə polis əməkdaşları cəlb edilib. "Mercedes"in sürücüsü ifadə verilməsi üçün polis idarəsinə aparılıb. Onun maşını isə cərimə meydançasına qoyulub. Təxminən yarım saatdan sonra Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa edilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR