Azərbaycanda müəllimlərin sayı 2 min nəfər azalıb - VİDEO

Azərbaycanda müəllimlərin sayı 2 min nəfər azalıb - <span style="color: red;">VİDEO
# 17 iyul 2014 13:27 (UTC +04:00)

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, ötən 5 ildə müəllimlərin sayında daha ciddi azalma müşahidə olunub.

O qeyd edib ki, azalma müəllimlərə yaş senzinin tətbiqi, müəllimlərin işə qəbulunda Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə mexanizminin tətbiqi ilə bağlıdır: “Bundan sonra müəllimlərin sayında azalma daha çox olacaq. Çünki artıq vakansiyalar konkret təhlil edilir, dəqiqləşdirilir, yalnız ehtiyac olduğu halda müəllimlər işə götürülür. Bundan əlavə, monitorinqlər, müxtəlif tədbirlər vasitəsilə peşəkar, bilik səviyyəsi yüksək olan müəllimlər məlum olur, onlarla bağlı hesabat hazırlanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR