ABŞ əhalisi tədricən yoxsullaşır

ABŞ əhalisi tədricən yoxsullaşır
# 25 aprel 2013 03:58 (UTC +04:00)

Bakı-APA. ABŞ ailələrinin çoxu tədricən yoxsullaşır. APA-nın məlumatına görə, ABŞ Pyu mərkəzinin tədqiqatları bunu deməyə əsas verir.

Mərkəzin məlumatına əsasən, ailələrin 93%-də aktivlərin dəyəri 2009-cu ildəki 139,896 dollardan 2011-ci ildə 133,817 dollara düşüb. Söhbət evdəki bütün əmlakı dəyərindən, bank hesabı və sairdən gedir.

Maraqlıdır ki, sözügedən dövr ABŞ-da rəsmi olaraq «Böyük durğunluq»dan sonrakı iqtisadiyyatın dirçəlməsi mərhələsi sayılır.

Bu dövrdə yalnız ölkənin 7% ən varlı ailələri daha da varlanıblar. Onların aktivləri eyni mərhələdə 28% artaraq 3.173,895 dollara çatıb. 2009-cu ildə bu ailələr ölkədəki mülkiyyətin 56%-ə nəzarət edirdilərsə, indi bu rəqəm 63%-dir.

Müvafiq olaraq ölkədə əmlak qeyri-bərabərliyi də güclənib. Varlı ailələr digər əhalidən indi 24 dəfə varlıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR