Elmin İnkişafı Fondu “Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtını uzadıb

Elmin İnkişafı Fondu “Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtını uzadıb
# 19 mart 2013 10:32 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu Novruz bayramı ilə əlaqədar “Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtını uzadıb. Fondun icraçı direksiyasından APA-ya verilən məlumata görə, bayramla əlaqədar müsabiqәdә iştirak etmәk üçün әrizәlәrin, әrizәyә әlavә olunan müvafiq sәnәdlәrin qəbulu martın 29-dan aprelin 5-i saat 17.00-dək uzadılıb.

“Gәnc alim vә mütәxәssislәrin 2-ci qrant müsabiqәsi”nin maliyyәlәşdirilmәsi üçün 500 000 manat nәzәrdә tutulub. Müsabiqәdә 35 yaşa qәdәr olan (layihә tәqdim olunan gün) gәnc alim vә mütәxәssislәr iştirak edә bilәrlәr. Әgәr iddiaçı hazırda Elmin İnkişafı Fondunun müsabiqәlәrinin qalibi olmuş layihәlәrdә iştirak edirsә (hәm rәhbәr, hәm dә icraçı qismindә), onun cari müsabiqәdә iştirakına yol verilmir.

Müsabiqәnin nәticәlәri 2013-cü ilin sentyabr ayında açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR