Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslər arasında peyntbol turniri keçirilir

Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslər arasında peyntbol turniri keçirilir
# 22 noyabr 2014 11:08 (UTC +04:00)

Bakı-APA. Bu gün Novxanıda Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslər arasında Peyntbol turniri start götürüb.

APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara dəstək” İctimai Birliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təşkil edilən turnirdə Qarabağ müharibəsi veteranları, əlilliyi olan şəxslərlə yanaşı paralimpiya çempionları da iştirak edir. Turnir hər komanda da 6 nəfər komanda üzvü olmaqla 8 komanda yarışır. Turnirin açılış mərasimində iştirak edən Peyntbol Federasiyasının prezidenti Əli Hüseynli turnirin təşkil edilməsində əsas məqsədin gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, gənclərin hər an Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olmasının təbliğ edilməsi olduğunu bildirib. Qeyd olunub ki, Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslərin vətənpərvərlik sahəsində göstərdikləri təşəbbüs gənc nəsillərə örnək olmalıdır.

Qalib Komandalara, Kubok, medallar, diplom və hədiyyələr təqdim ediləcək.

Turnirin rəsmi əsasnaməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Peyntbol Federasiyası tərəfindən təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR