Azərbaycanın dövlət qiymətli kağızlar bazarı I rübdə 42% azalıb

Azərbaycanın dövlət qiymətli kağızlar bazarı I rübdə 42% azalıb
# 26 aprel 2013 13:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aşağı inflyasiya şəraitində yumşaq, stimullaşdırıcı pul siyasətinin aparılması ilə yanaşı Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazları buraxılışının həyata keçirilməməsi dövlət qiymətli kağızlar bazarının 42% geriləyərək 1,5 mlrd. manat təşkil etməsi ilə nəticələnib. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2013-cü ilin I rübü üzrə Fəaliyyət Hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, cari ilin ilk rübü ərzində AMB-nin not bazarının həcmi 45% azalaraq 163,8 mln. manat təşkil edib: «AMB-nin notlarının təklifinin azalmasına baxmayaraq, notların təkrar bazarında yüksək artım tempi müşahidə olunub. Belə ki, AMB-nin notlarının təkrar bazarı hesabat dövrü ərzində 10,8 dəfə artaraq 43,9 mln. manat təşkil edib. Mərkəzi Bank tərəfindən not yerləşdirilməsinin həcminin azaldılması bu alətlə aparılan repo əməliyyatlarının dinamikasında da əks olunub. Hesabat dövründə notlarla aparılan repo/əks-repo əməliyyatlarının həcmi 42%, bütövlükdə repo bazarı isə 41% azalıb».

Eyni zamanda, təhlil olunan dövrdə Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının buraxılışı həyata keçirilməyib. Buna baxmayaraq, banklararası qısamüddətli kredit bazarının canlanması ilə dövlət istiqrazları ilə keçirilən repo/əks-repo əməliyyatlarının həcmi 22,4 dəfə artaraq 11,2 mln. manat təşkil edib.

Dövlət qiymətli kağızlar bazarı

Qiymətli kağızların növləri

Yanvar-mart, 2013-cü il

Yanvar-mart, 2012-ci il

Məbləğ üzrə fərq,%

Əqdlərin sayı

Məbləğ (manat)

Əqdlərin sayı

Məbləğ (manat)

Dövlət qiymətli kağızları

174

1 525 926 134

409

2 625 658 780

-42%

Dövlət istiqrazları

0

0

1

663 316

-

Dövlət istiqrazları (ilkin bazar)

0

0

0

0

-

Dövlət istiqrazları (təkrar bazar)

0

0

1

663 316

-

Mərkəzi Bankın notları

46

163 826 647

78

298 644 442

-45%

Mərkəzi Bankın notları (ilkin bazar)

42

119 871 035

76

294 564 796

-59%

Mərkəzi Bankın notları (təkrar bazar)

4

43 955 612

2

4 079 646

10,8 dəfə

Repo/əks-repo

128

1 362 099 487

330

2 326 351 022

-41%

Dövlət istiqrazları (repo/əks-repo)

8

11 189 639

1

500 058

22,4 dəfə

Mərkəzi Bankın notları (repo/əks-repo)

120

1 350 909 848

329

2 325 850 965

-42%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR