Suriyanın hərbi təyyarələri Türkiyə sərhədi yaxınlığında qaçqın düşərgəsini bombalayıb

Suriyanın hərbi təyyarələri Türkiyə sərhədi yaxınlığında qaçqın düşərgəsini bombalayıb
# 01 may 2013 01:40 (UTC +04:00)

Bakı-APA. Suriyanın Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələri Türkiyə sərhədi yaxınlığında Bab əl Hava keçid məntəqəsindəki qaçqın düşərgəsinə zərbə endirib. APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin valisi Məhmət Cəlaləddin açıqlamasında qeyd edib ki, Suriyanın hökumət qüvvələrinə məxsus hərbi təyyarələrinin Türkiyənin Cilvəgözü sərhəd-keçid məntəqəsinin qarşısındakı Bab əl Hava keçid məntəqəsinin ərazisində yerləşən qaçqın düşərgəsinə zərbə endirməsi nəticəsində ən azı 2 nəfər həlak olub, 54 nəfər isə yaralanıb.

Vali qeyd edib ki, hava hücumundan sonra Hataya 2 həlak olmuş şəxsin meyiti və 54 nəfər yaralı suriyalı gətirilib. Onlardan 19 nəfərin vəziyyəti daha ağırdır. “Yaralılar Reyhanlı və Antakya dövlət xəstəxanalarına yerləşdirilib”, deyə Məhmət Cəlaləddin qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR