Lənkəranda iki yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub

Lənkəranda iki yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub
# 03 aprel 2013 22:15 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Şəhər Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Aşağı Nüvədi qəsəbə sakini, 2011-ci il təvəllüdlü Yunus Pərviz oğlu Orucov aprelin 3-də evlərinin həyətyanı ərazisində yerləşən gölməçəyə düşərək boğulub. Hadisə baş verən zaman körpənin valideynləri bağda əkin işi ilə məşğul olublarmış.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR