Azərbaycan Dövlət Gömrük Komitəsi: Gömrük nəzarətinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb

Azərbaycan Dövlət Gömrük Komitəsi: Gömrük nəzarətinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb
# 30 yanvar 2013 10:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi və onun yerli strukturları tərəfindən 2012-ci ildə idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər görülüb, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, elektron gömrük xidmətlərinin təşkili, beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi və s. sahələrdə bir sıra mühüm tədbirlər həyata keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, 2012-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyən edilmiş 1,2 mlrd. manat büdcə proqnozuna qarşı 1,208 mlrd. manat gömrük vergi və rüsumlarının toplanıb dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, nəticədə proqnoza 100,7% əməl edilib.

Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində «Malların təkrar idxal gömrük prosedurası altında yerləşdirilməsi Qaydaları», «Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları», «Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları», «Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları», «Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki nəzarət vasitələrinin siyahısı və onlardan istifadə Qaydaları», «Gömrük brokerinin dövlət reyestrinin aparılması Qaydaları», «Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları», «Mallara gömrük təminatının vurulması Qaydaları» və «İdxal olunmuş malların kabotaj daşınması Qaydası» hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR