Gürcüstan prezidenti Ermənistanın baş naziri ilə görüşüb

Gürcüstan prezidenti Ermənistanın baş naziri ilə görüşüb
# 12 dekabr 2014 13:05 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tiflisdə Ermənistan baş naziri Ovik Abramyanla görüşüb.

APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, O. Abramyanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda ikigünlük rəsmi səfərdədir. Dünən Ermənistanın baş naziri gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR