Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 27 dekabr 2012 10:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bu gün uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, belə müsabiqə uşaq yaradıcılıq mərkəzləri arasında ikinci dəfədir keçirilir. Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə daha geniş cəlb etməkdən ibarətdir: “Müsabiqə 3 nominasiya üzrə 20 növdə və 3 mərhələdə keçirilib. 3 mindən artıq məktəblinin iştirak etdiyi müsabiqənin respublika mərhələsinə 500-ə yaxın əl işləri təqdim edilib. Münsiflər heyəti tərəfindən aparılan seçim nəticəsində 60 qalib müəyyənləşdirilib”.

Tədbirin davamında gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva çıxış ediblər.

Sonda isə müsabiqənin respublika mərhələsində I, II, III yerləri tutan dərnək üzvləri Təhsil Nazirliyinin diplomu və hədiyyələrlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR