Azərbaycanda fevral ayı üzrə manatın orta məzənnəsi açıqlanıb

Azərbaycanda fevral ayı üzrə manatın orta məzənnəsi açıqlanıb
# 14 mart 2015 09:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsi fevral ayı üzrə manatın orta məzənnəsini açıqlayıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, fevralda Azərbaycan milli valyutasının 1 ABŞ dollarına qarşı məzənnəsi 0,86 manata, bivalyuta səbətinə daxil avroya nisbətdə isə 0,98 manat təşkil edib.

Bununla yanaşı, milli valyutamız 100 Rusiya rubluna qarşı 1,34 manata bərabər olub.

İlin əvvəlindən isə milli valyutamızın məzənnəsi ABŞ dollarına qarşı 0,82 manat, avro ilə nisbətdə 0,95 manata və Rusiya rubluna qarşı isə 1,29 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR