Cey Karni: “ABŞ İrana qarşı təzyiqlərini gücləndirməkdə davam edəcək”

Cey Karni: “ABŞ İrana qarşı təzyiqlərini gücləndirməkdə davam edəcək”
# 01 fevral 2013 12:11 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Tehran beynəlxalq öhdəliklərə riayət edənədək ABŞ İrana təzyiq göstərməkdə davam edəcək”. APA-nın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cey Karni deyib.

O bildirib ki, ABŞ vəziyyəti İranın dediyi sözlərə deyil, onun əməllərinə görə dəyərləndirir: “İran nüvə fəaliyyəti ilə BMT Təhlükəsizlik Şurasının öhdəliklərini pozur. Buna son verənədək ABŞ Tehrana göstərdiyi təzyiqi gücləndirməyə davam edəcək. İran nüvə obyektində müasir sentrifuqalar quraşdırmağı planlaşdırır. Bu onu göstərir ki, Tehran beynəlxalq öhdəlikləri pozmağa davam edir. Bu isə onun dünya ictimaiyyətindən daha çox təcrid olunmasına səbəb olacaq. Biz inanırıq ki, nüvə probleminin diplomatik yolla həllinə hələ ki vaxt var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR